BolgeXeber.Com » Gündəm » Kəlbəcər qaçqınlarının Vidadi Məhərrəmov dərdi

Kəlbəcər qaçqınlarının Vidadi Məhərrəmov dərdi

13-01-2013, 21:10
Oxunub: 4 433 İcra başçısının apardığı «uğurlu siyasət» nəticəsində rayon sakinləri yardımdan və təhsildən məhrum olub

Kəlbəcər işğal olunandan sonra əhalisi qaçqın düşən rayonun sakinləri indi də icra başçısı Vidadi Məhərrəmovun zülmünə tuş gəliblər. Dağınıq şəkildə yaşayan və problemlərini bir təhər həll etməyə çalışan kəlbəcərlilər icra başçısının «uğurlu siyasəti» nəticəsində yardımdan və təhsildən məhrum olublar.
Bolgexeber.com-a verilən məlumata görə, dövlət tərəfindən qaçqın ailələrə verilən yardımların aqibətini bilən yoxdur. Hətta iş o yerə çatıb ki, icra başçısının adamları qaçqın ailələri üçün nəzərdə tutulan işıqpullarını belə özlərinin maraqlarına sərf edirlər. Belə ki, büdcədən ayrılmış bu pulları özlərinə götürən İşıq İdarəsinin rəhbərliyi borcu sakinlərin ayağına yazır. Yəni, qaçqınlar bu pulu verməməli olduqları halda, Vidadi Məhərrəmovun tapşırığı əsasında qaydalar dəyişdirilib.
Məlumatda deyilir ki, dövlət tərəfindən ayrılan vəsait isə çıxarılaraq, icra başçısı və onun yaxın qohumları tərəfindən ticarət sahələrinə yönəldilir. Qeyd edilir ki, Məhərrəmovun Bakıda və bir neçə başqa rayonlarda marketləri var. Bundan başqa, onun müxtəlif təyinatlı sexlərinin də fəaliyyət göstərdiyi deyilir.
Bu azmış kimi, kəlbəcərlilər təhsildən də məhrum olublar. Bolgexeber.com-a verilən məlumata görə, rayonun təhsil şöbəsinin əsas gəlir yeri qonşu rayonlara «şagird satmaq»dır. Belə ki, şöbə müdiri Xocalı şəhər orta məktəblərində yaranmış şagird çatışmazlığı məsələsini öz öhdəsinə götürüb. Anlaşmaya əsasən kəlbəcərlilərin onların orta məktəblərində oxuması üçün hər şagirdə görə 20 manat verilməlidir. İndiyə qədər yüzlərlə belə halların baş verdiyini bildirən mənbə vəziyyətin belə bir şəkil almasının icra başçısının günahı olduğunu vurğulayıb. O deyir ki, bu pullarda Vidadi Məhərrəmovun da payı var.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.