İdarə müdirindən biabrçılıq-FAKT
14-01-2013, 01:25
Oxunub: 5 170
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyevin «Xalq» qəzetindəki məqalə başqasının imiş
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyevin «Xalq» qəzetində (http://xalqqazeti.com/az/news/culture/28776) dərc olunmuş məqaləsinin plagiat olduğu üzə çıxıb. Bolgexeber.com bildirir ki, bununla bağlı təsadüfən araşdırma aparan TİA.AZ-ın əməkdaşı aşkarlayıb ki, həmin məqalə əslində bir il əvvəl müxtəlif sayt və qəzetlərdə dərc olunubmuş. Ə.Əliyev isə onu olduğu kimi götürərək, «Xalq» qəzetində öz adından verib.
Belə ki, idarə müdirinin yazdığı məqalələr http://www.anl.az/down/meqale/palitra/2011/aprel/167830.htm və
http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=2795 linklərində yer alıbmış. O da məlum olub ki, hər iki məqalə 2011-ci ildə yayımlanıb. Üstəlik, anl.az saytında yayımlanmış yazı «Palitra» qəzetində çap olunubmuş. Müəllifi isə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev olub. Yazıda istifadə olunmuş cümlələrin bəziləri isə fhn.gov.az saytının məhsuludur ki, orda da yerləşdirilmiş məqalə AzerTAC-ındır.
Əlikram Əliyevin yazdığı məqaləyə gəldikdə isə orada aydın görünür ki, bu məqalə tamamilə köçürülüb. Sadəcə, nitq hissələri dəyişdirilib.
P.S. Həqiqətənmi, bir idarə müdiri, xüsusən də paytaxtın mədəniyyət sahəsinə nəzarət edən birinin hər hansı bir məqalə yazması mümkünsüz işdir? Yoxsa, bu rahatlıq əlaməti və ya savadsızlığın göstəricisidir? Hər halda plagiatlıq ayıb bir işdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər