İki rayonun rəhbərliyində şok dəyişiklik
17-01-2013, 11:15
Oxunub: 5 483
Zərdabın icra başçısı çıxarılır, Səbailin icra başçısı isə yeni vəzifəyə göndərilir
Hakim düşərgə prezident seçkiləri öncəsi çox mühüm kadr islahatları həyata keçirəcək. Bu şok məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, neçə müddətdir barəsində silsilə materiallar yazılaraq bir qadını zorlamaqda ittiham olunan Zərdabın icra başçısı Lütvəli Babayev vəzifəsindən alınacaq.
Bolgexeber.com DİA.AZ-a istinadən xəbər verir ki, hətta Lütvəli Babayevə qarşı cinayət işi də açıla bilər. Xatırladaq ki, bir zamanlar Mingəçevirin icra başçısı olan Lütvəli Babayev kurasiya baxımından bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə tərəfindən himayə olunur və onun qardaşı Xanəli Hacıyev Şirvan bölgəsinin axundudur.
Digər ikinci şok islahat isə Səbailin icra başçısı Asif Əsgərovla bağlıdır. Mötəbər mənbənin bildirdiyinə görə, Asif Əsgərov Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə təyin ediləcək: «Onun isə kimi əvəzləyəcəyi hləlik məlum deyil. Ola bilsin ki, PA-da boş qalmış müavin postuna gətirilsin».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər