BolgeXeber.Com » Gündəm » Bakıxanov Qaz İdarəsində özbaşınalıq

Bakıxanov Qaz İdarəsində özbaşınalıq

17-01-2013, 11:20
Oxunub: 4 224 Qəsəbə əhalisi 3 gündür pulu ödəsə də, təbii qaz ala bilmir

Artıq 3 gündür Bakıxanov Qaz İstismarı və Satışı İdarəsində uzun eövbələr yanarıb. Bu barədə Bolgexeber.com-a qəsəbə sakinləri məlumat veriblər. Onlar idarənin iş fəaliyyətindən narazılıq edirlər və burada özbaşınalığın baş verdiyini bildirirlər.
Problem isə ondadır ki, qışın soyuq bir vaxtında insanların təbii qazsız qalmalarıdır. Sakinlər bildirirlər ki, evlərində smart-kartdan istifadə edirlər. Elə bu səbəbdəndir ki, həmişə pullarını kassaya ödəyir və bundan sonra rahatlıqla «mavi yanacaq»dan istifadə edirdilər. Amma 3 gündür durum tamamilə dəyişib. Belə ki, pullarını köçürsələr də, kartlarına qaz konturu yüklənməyib. Bu günlərdə Bakıxanov Qaz İstismarı və Satışı İdarəsinə müraciətlərinə də cavab verən yoxdur.
İşin ən pis tərəfi odur ki, idarənin rəhbərliyi və işçiləri bunca problemə rəğmən əhaliyə hər hansı bir yardım göstərmək fikrində olmadığını bildirir. Üstəlik, onlara qarşı kobud davranılır, hörmətsizlik edilir.
Bolgexeber.com-un hadisə yerində olan əməkdaşı isə xəbər verir ki, idarənin qarşısında izdiham yaşanır. Buna rəğmən, pul köçürmədə ciddi problemlər var. Həm aparatlar vasitəsi ilə, həm də nağd şəkildə kassaya ödəmədə əngəllər var. Nağd ödəmə zamanı idarənin işçiləri qalıq pulları qaytarmır və bunu da xırda pullarının olmaması ilə izah edirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.