Binədə ara yenidən qarışdı
18-01-2013, 14:20
Oxunub: 5 913
Kəbirə Məmmədova mağaza sahiblərindən vergiyə görə əlavə 240 manat yığır; ticarətçilər isə etiraz edərək yol bağlayıb
Bakıdakı “Binə” Ticarət Mərkəzində vergi ilə bağlı qalmaqal böyüyür. Bazar çalışanlarından “Yeni Müsavat”a verilən məlumata görə, son bir həftədir Vergilər Nazirliyi “Binə” bazarında fəaliyyət göstərən mağazalarda yoxlamalar aparır.
Mağaza sahiblərinin sözlərinə görə, yoxlamalar aparan nazirliyin əməkdaşları onları kassa aparatının olmaması və vergi borcuna görə külli miqdarda cərimələyib. Bazar rəhbərliyi tərəfindən bu olaya heç bir müdaxilənin olmaması isə ticarətçiləri hiddətləndirib.
Yanvarın 18-də bir qrup sahibkar yığılaraq bazar rəhbərliyi ilə görüşmək istəyiblər. Bu barədə məlumat verən “Binə” çalışanları bildiriblər ki, nazirliyin yoxlamaları zamanı yüksək miqdarda cərimələnmə olub: “İndi bazarı sahibi Kəbirə Məmmədova bu pulu bizdən çıxarmaq istəyir. Hər mağazadan 240 manat pul istəyir. Niyə görə olduğunu soruşuruq, deyirlər ki, vergi borcudur. Yaxşı bəs ayda bizdən vergiyə görə aldıqları pullar hara gedib ?”.
Bazar çalışanları deyir ki, vəziyyət bu cür davam etsə, mağazalarını bağlayıb, bazardan çıxmaqla bu özbaşınalığa kütləvi şəkildə etiraz edəcəklər: “Kəbirə xanım gün ərzində bu bazardan milyonlar qazanır. Bizdən yer, işıq, vergi, əlavə xidmət pulu yığır. Sonda məlum olur ki, bazar rəhbərliyi heç bir ödəmə həyata keçirməyib. “Binə”də vergi ödəmələri çox sadələşdirilmiş şəkildə aparılır. Daha doğrusu, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova Vergilər Nazirliyindəki konkret adamlarının əli ilə bütövlükdə vergi ödəyir. Vergi müfəttişləri də deyirlər ki, mağazalarda dəqiq vergi hesablamaları aparılmalıdır. Onlar bizə bildirdilər ki, hər bir mağaza gəlirin müəyyən olunmuş formada faizini vergi şəkilində ödəməlidir. Baxdıq bu bizə də sərf edir. Amma, bazar rəhbərliyi imkan vermir kassa aparatı ilə işləyək”.
Kəbirə Məmmədova ilə görüşə bilməyən mağaza sahibləri etiraz olaraq yaxınlıqdakı magistral yolu bağlamağa cəhd göstəriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Bazar çalışanları bildirib ki, vəziyyət düzəlməsə növbəti aksiya Prezident Administrasiyası qarşısında keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər