Penitensiar Xitdmətinin işçiləri əməkdaşımızdan rüşvət istədi
18-01-2013, 14:50
Oxunub: 5 595
Yaxın qohumu ilə görüşmək istəyən Portalımızın işçisindən 30 manat tələb olunub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətində çalışanların məhbus ailələrindən rüşvət aldıqlarına dair dəfələrlə iddialar irəli sürülüb. Hər dəfəsində də xidmətin mətbuat xidmətinin rəhbərliyi bunu təkzib edib. Lakin bu dəfə təkzib üçün əsas da qalmayacaq. Çünki Penitensiar Xidmətin işçiləri bu gün Portalımızın əməkdaşından rüşvət istəyib.
Əməkdaşımız bildirir ki, bu gün Ağır Cinayətlərə Dair Məhkəmədə qohumunun keçirilən məhkəmə prosesinə qatılmaq üçün gedib. Orada məhkəmədən sonra yaxını ilə görüşmək istəyib. Bu zaman Penitensiar Xidmətin əməkdaşları ona yaxınlaşaraq, bu istəyini reallaşdırmaq üçün pul verməsinin zəruri olduğunu bildiriblər. Əməkdaşımızdan görüşə qatılacaq hər nəfər üçün 30 manat rüşvət istənilib. «Penitensiar Xidmətin əməkdaşları məni kənara çəkib dedilər ki, burada kamera çəkir və ona görə də, kənarda söhbət etməlidirlər. Sonra isə adambaşına 30 manat pul istədilər».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər