Xətaidə avtopark çökdü: ölən və yaralananlar var
23-01-2013, 12:20
Oxunub: 5 317
Bakının Xətai rayonu ərazisində tikilən avtoparkda faciə olub.
Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, Nobel prospekti 15 ünvanında tikilən avtoparkda baş vermiş hadisə zamanı ölənlər və yaralananların olduğu bildirilir.
Hadisə yerinə prokurorluq əməkdaşları çıxıblar.
***
Bakıda avtodayanacağın uçması nəticəsində ölən və yaralananların adları açıqlanıb. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə nəticəsində, 1978-ci il təvəllüdlü Ələsgər Qurbanov ölüb, 1965-ci il təvəllüdlü Samir Dadaşov, 1990-cı il təvəllüdlü Nicat Hacıyev, 1983-cü il təvəllüdlü Firqət Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Prokurorluqdan o da bildirilib ki, hadisə Nobel prospekti, 15 ünvanında yerləşən “Azure Parking”də yeraltı avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində baş verib.
Hazırda ərazidə rayon prokurorluğunun əməkdaşları araşdırma aparırlar.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtodayanacaqda baş verən uçqun hadisəsi barədə məlumat yayıb. Musavat.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də saat 03.50 radələrində Xətai rayonunun Nobel prospektində yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən, yaxınlıqdakı köhnə divar uçub. Nəticədə orada işləyənlər - Bakı şəhər sakini Sabir Dadaşov, Gədəbəy rayon sakini Filqət Alıyev, Oğuz rayon sakini Nicat Hacıyev və Biləsuvar rayon sakini Ələsgər Qurbanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Ə.Qurbanov orada ölüb, digərlərinin vəziyyətləri isə ağırdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər