İSMAYILLIDA YENİ HƏBSLƏR BAŞLADI
29-01-2013, 14:30
Oxunub: 5 731
GECƏ 30-40 NƏFƏR HƏYƏTƏ SOXULUB
Yanvarın 28-də İsmayıllı Olimpiya İdman Kompleksinin sədr müavini 31 yaşlı məşqçi-müəllim Anar Həsənov da həbs olunub. Bu haqda AzadlıqRadiosuna Anar Həsənovun atası Rasim Həsənov məlumat verib. Rasim Həsənovun sözlərinə görə, oğlunu məşq zamanı həbs ediblər: "Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib həbs ediblər. Nədir oğlumun günahı? Burda yerli sakinləri təhqir edənlərə deyib ki, niyə camaatı söyürsünüz. Buna görə, oğlumu tutub haqqında 2 aylıq həbs-qəti imkan tədbiri seçiblər. Deyirlər dövlət çevrilişi edirsiniz. Xuliqanlıq edənin qarşısını alırsansa tutulmalısan?".
Yanvarın 28-də İsmayıllı rayon sakini, 47 yaşlı Səftər Ağamalıyev həbs olunub. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Heydər Ağamalıyev məlumat verib.
"Dünən saat 4 radələrində 30-40 nəfər maskalı həyətə soxulub. Evə girənlər də olub. Səftər həmin vaxt yatırmış. İstəyiblər elə mayka ilə aparsınlar. O da hay-küy salıb. Axır geyinib çıxıb. Qardaşım İsmayıllı sakinlərini söyənlərdən birini vurmaqda ittiham olunur. Qardaşım nə edib ki? Gedib deyib ki, niyə camaatı söyürsünüz? İndi onu həbs ediblər. Deyirlər ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır".
Heydər Ağamalıyevin sözlərinə görə, hazırda rayonda mərkəzi yollar avtomobillər üçün bağlıdır. İcra strukturları ətrafında güclü polis nəzarəti var.
İsmayıllı rayon polis şöbəsindən yeni tutulanlarla bağlı məlumatsız olduqlarını bildiriblər. Yanvarın 29-da bir qrup ictimaiyyət nümayəndəsi İsmayıllıya səfər edib, saxlananlara qarşı zorakılıq faktlarını araşdıracaq. İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir. Yerli icra orqanlarının nümayəndələri ən çoxu 30 adamın tutulduğunu deyir. Qeyri-rəsmi məlumatlar görə, azı 100 adam saxlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində soruşdurma aparılır. Saxlananlar haqqında yeni məlumat yayacaqlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər