BolgeXeber.Com » Gündəm » Baş Prokurorluq və DIN Ismayıllı hadisələri ilə bağlı növbəti məlumat yayıb
Baş Prokurorluq və DIN Ismayıllı hadisələri ilə bağlı növbəti məlumat yayıb
7-02-2013, 15:40
Oxunub: 5 419
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı növbəti açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, son günlər “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bəzi kütləvi informasiya vasitələrində qardaşı Elşənin İsmayıllı rayonunda ictimai asayişin kobud surətdə pozulması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq zəminində baş vermiş hadisələrlə əlaqədar həbs edilməsinin peşə fəaliyyəti ilə bağlı qisas almaq məqsəd ilə ona qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi barədə bəyanatlarla çıxış edib: “Həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən qəti şəkildə təkzib edilir. Elçin İsmayıllının qərəzli və hüquqa söykənməyən çıxışlarını baş vermiş hadisələri siyasiləşdirməyə cəhd kimi qiymətləndirməklə bildiririk ki, qardaşı Elşən İsmayıllı yanvarın 23-24-də İsmayıllı rayonunda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərib. Belə ki, ictimai asayişi pozmağa çalışan rayon sakinlərini bu hərəkətlərdən çəkindirməyə çalışan və onları intizama dəvət edən rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanuni tələblərinə məhəl qoymayan E.İsmayıllı fəal şəkildə müxtəlif qanunazidd çağırışlar etmiş, bundan sonra polis əməkdaşlarına daş atmış və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik edib.
Cinayət işi üzrə Elşən İsmayıllı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Elşən İsmayıllı iş üzrə şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanın pozulmasına səbəb olan qeyd edilən qanunazidd hərəkətlərin təşkilatçıları və digər iştirakçıları tutduqları vəzifədən, siyasi mənsubiyyətindən asılı olmayaraq onların əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılmaqla hərəkətlərinə hüquqi qiymət veriləcək, habelə ölkəmizdə ictimai asayişin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş istənilən qanunazidd hərəkətlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq".
Elşən İsmayıllının ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərməsi və digər qanunazidd hərəkətlərini əks etdirən videogörüntü də məlumata əlavə edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər