Vəzifəli şəxs rüşvət alarkən tutulub
7-02-2013, 16:20
Oxunub: 6 023
Bakıda vəzifəli şəxs rüşvət alarkən həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlunun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17.0 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.
Belə ki, daxil olan müraciət əsasında idarənin əməkdaşları tərəfindən 6 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi “VAZ-2106” markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8.0 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
N.Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər