Prorektor həbs olundu
7-02-2013, 16:25
Oxunub: 5 963
Baş Prokurorluq təhsil sahəsində aşkar edilmiş yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılıb.
Müəyyən edilib ki, V. Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A. Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A. Vəliyevanın adına saxta diplom təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər