12 günə 11 itki
13-02-2013, 05:30
Oxunub: 5 068
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 11 nəfər təşkil edib. Ötən müddətdə 5 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (2 nəfər erməni gülləsi), 9-u isə qeyri-döyüş itkiləridir.
“Qafqazinfo”nun məlumatına görə, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma), 1 nəfər avtoqəzadan, 3 nəfər helikopter qəzasından, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9-u Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN), hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (5 nəfər) onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 1-i erməni gülləsindən, 1-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 4 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər