Yay-qış vaxtına keçmək sağlamlığa təsir edir
14-02-2013, 05:45
Oxunub: 4 517
Saatın əqrəblərinin bir saat qabağa və ya geriyə çəkilməsi, başqa sözlə desək, yay-qış vaxtına keçid heç şübhəsiz həm sosial, həm iqtisadi, həm bioloji həyatımıza təsirsiz ötüşmür. Prosesin ilk növbədə insanların bioloji rejiminə təsir göstərdiyini bildirən həkimlər buna daha çox azyaşlıların və yaşlı nəslin nümayəndələrinin reaksiya verdiyini deyirlər. Körpələrdə yuxu və qida, ahıllarda isə təzyiq, ürəkağrıları müşahidə edilir. Yeni rejimə öyrəşmək bu insanlar üçün bir müddət çətin olur. Gənclərdə bu dəyişiklik imunitetin zəifləməsi, yuxu, sinir pozğunluğu ilə nəticələnir.
Saatın əqrəblərinin irəli-geri çəkilməsinin iqtisadi baxımdan da müsbət və mənfi tərəfləri var. Belə ki, yay vaxtına keçid, yəni havanın daha çox işıqlı olması enerjiyə qənaətə səbəb olur. Belə ki, ABŞ və Avropa Birliyi ölkələrində aparılan tədqiqatlar zamanı məlum olub ki, yay vaxtına keçid enerji sərfini azaldır. Böyük Britaniyada həmçinin yay vaxtına keçidin yol qəzalarının sayının azalmasına gətirib çıxardığı müəyyən olunub.
İqtisadçı ekspert Vüqar Bayramov yay vaxtına keçidin aqrar sektora mənfi, hava reyslərinə isə müsbət təsir göstərdiyini bildirib. Elə pərakəndə ticarətlə məşğul olanlar üçün də vaxt fərqini müsbət dəyərləndirmək olar.
16 ildir ki, ölkəmizdə yay-qış vaxtına keçilməsinə baxmayaraq artıq Gürcüstan, Rusiya kimi qonşu ölkələr bu vaxt dəyişikliyindən imtina ediblər.
ANSpress
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər