BolgeXeber.Com » Gündəm » Kərəm Həsənov keçmiş Kalinin adına dövlət zavodunu çayxanalara çevirib – FOTOLAR – EKSKLUZİV
Kərəm Həsənov keçmiş Kalinin adına dövlət zavodunu çayxanalara çevirib – FOTOLAR – EKSKLUZİV
29-08-2018, 09:14
Oxunub: 12 958
Araşdırma nəticəsində onu da öyrəndik ki, adıçəkilən zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb
Bolgexeber.com xəbər saytı keçmiş Kalinin adına zavodun (indiki Sənayə Avtomatika İstehsalat Birliyi) bu günkü vəziyyəti, fəaliyyəti ilə bağlı araşdırma aparıb. Əməkdaşlarımız zavodun yerləşdiyi ərazidə olublar və çox maraqlı mənzərə ilə rastlaşıblar.
Araşdırmalarımız nəticəsində məlum olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olan keçmiş Kalinin adına zavodun siması tamamilə dəyişib. Belə ki, zavodun boksları, “qaraj” və istehsalat sahələri çayxanalara kirayəyə verilib. Eyni zamanda zavodun əraziləri “moyka” kimi istifadə olunur. Digər tərəfi isə taxta, dəmir sexinə çevrilib. Qısası, zavod demək olar ki, tamamilə ayrı-ayrı şəxslərə kirayəyə verilib.
Maraqlıdır, bu zavodun fəaliyyətini bərpa etməyin mümkünlüyü nə qədər çətin olsa da, onu başdan ayağa çayxanaya, “moyka”ya çevirmək də bir o qədər asan olmamalıdır. Heç şübhəsiz ki, kirayə pullarından əldə olunan vəsait təkcə zavodun formal şəkildə direktor vəzifəsini tutan şəxsin cibinə getmir. Həmçinin zavod direktoru ƏMDK-nin sədri K.Həsənovun razılığı olmadan zavodu çayçılara, ustalara arendaya verə bilməz.
Araşdırma nəticəsində onu da öyrəndik ki, adıçəkilən zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb.












Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər