BolgeXeber.Com » Gündəm » Şirkətə məxsus əmlakı mənimsəyən şəxs tutuldu

Şirkətə məxsus əmlakı mənimsəyən şəxs tutuldu

5-03-2013, 18:10
Oxunub: 4 044 Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD” MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılmışdır.

Müəyyən edilmişdir ki, cəmiyyətin satış meneceri Emil Niftalıyevə etibar edilmiş malın 2012-ci ilin iyun-iyul ayları ərzində qalığının yoxlanması zamanı 18 min 935 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Cəmiyyət tərəfindən keçirilmiş audit yoxlaması zamanı həmin çatışmazlıq təsdiqini tapmışdır.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.