Şamaxı təhsil şöbəsinin müdiri həbs olunacaq?
16-03-2013, 17:45
Oxunub: 8 905
Rayonda aparılan yoxlamalardan sonra Səadət Veyisova xəstəxanaya düşüb

Şamaxı rayon təhsilində total yoxlamalara start verilib. Bu barədə rayondakı mənbələrdən Bolgexeber.com-a məlumat daxil olub. Həmin məlumatda deyilir ki, aparılan yoxlamalar nəticəsində Şamaxı orta məktəblərində xeyli sayda qanunsuzluqlarla yanaşı, həm də ciddi maliyyə yeyintiləri üzə çıxıb.
Mənbə bildirir ki, bir zamanlar 2 saylı Şamaxı orta məktəbinin sinif rəhbəri işləyən Veyisova gözlənilmədən rayonun təhsil şöbəsinin müdiri təyin olunub. Lakin o, bu zaman da saxtakarlığa yol verib. Belə ki, Prezident Admnistrasiyasına təqdim olunan sənəddə oğlu ilə bağlı məlumatları gizlədən Səadət xanım onu saxtalaşdırıb. Məlumatda iddia edilir ki, sözügedən şəxsin oğlu bir zamanlar cinayət məsuliyyətinə cəlb olunsa da, o, bu faktı gizlədib.
Bundan başqa, o da məlum olub ki, Səadət Veyisova həftənin 3 günü Bakıda olur. Və buna səbəb isə onun Bakıda yerləşən və fəaliyyət göstərən Avropa Litseyində dərs deyir. Halbuki qanunla təhsil şöbəsinin müdiri hər gün iş başında olmalıdır.
Son yoxlamalara gəldikdə isə mənbə bildirib ki, Səadət Veyisova nəticələrdən sonra çıxılmaz vəziyyətə düşüb. Hətta vəziyyəti kifayət qədər ağırlaşdırığından xəstəxanaya qaldırılıb. Bəzi ehtimalara görə, aşkarlanmış yeyinti hallarına görə, Şamaxı Təhsil şöbəsinin müdiri həbs oluna bilər.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər