Xocəsəndə müəlliməni zorlamaq istəyən şəxslər yaxalanıblar
24-03-2013, 20:20
Oxunub: 4 429
Baş Prokurorluğdan Bölgexeber.com- verilən məlumatda bildirilıir ki,bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilmişdir.
Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Moskva Dövlət Universitetinin Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərmişdir. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalmış qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçmışlar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilmişdir.
Faktla bağlı həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının “isti izlər”lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Davam etdirilən təxirəsalınmaz tədbirlər nəticəsində E.Nərimanov və İ.Sadıqov yaxalanmışlar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunmuşdur.
E.Nərimanov və İ.Sadıqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər