BolgeXeber.Com » Gündəm » Laçının icra başçısının müavini rayonu qarışdırmağa başlayıb

Laçının icra başçısının müavini rayonu qarışdırmağa başlayıb

25-03-2013, 16:40
Oxunub: 6 147 Bəsti Nəcəfli Ramiz Cəbrayılovun yenidən geri qayıdacağına ümid edir, əhalini isə Akif Səlimova qarşı qaldırır

Laçın rayonuna yeni icra başçısı təyin olunandan sonra vəziyyətin dəyişməsi müşahidə olunur. Lakin icra başçısının bəzi müavinlərinin səriştəsiz fəaliyyəti, habelə onların ictimaiyyətlə əlaqələrdə qadağalı hərəkətləri bəzi mətləblərdən xəbər verir.
Bolgexeber.com Xəbər Portalına daxil olan məlumata görə, Laçın rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəsti Nəcəfli ilə bağlı artıq çoxlu şikayətlər daxil olmağa başlayıb. Belə ki, icra başçısı ilə ictimaiyyət nümayəndələri arasında nəzərdə tutulan görüşləri təşkil etməyə məsul olan bu xanım mümkün qədər çalışır ki, baş verməsin. Daha doğrusu, o, bu görüşlərin təşkil edilməsini mümkün qədər önləməyə çalışır.
Rayondan aldığımız məlumata görə, Bəsti Nəcəflinin yeni icra başçısı ilə ictimaiyyət nümayəndələri arasında yaranması nəzərdə tutulan əlaqələri korlaması heç də səbəbsiz deyil. Belə ki, onun keçmiş icra başçısı Ramiz Cəbrayılovla yaxşı münasibətləri var və yeni təyinat onun ürəyincə deyil. Hətta bununla bağlı o da deyilir ki, Laçın rayonuna təyin edilmiş yeni icra başçısı Akif Səlimovu camaatın gözündən salmaq üçün Bəsti Nəcəfli gizli şəkildə fəaliyyət göstərir. Elə bu səbəbdəndir ki, yeni başçı ilə görüşmək istəyən rayon sakinlərinə mümkün qədər əngəl olmağa çalışır və onlarda mənfi rəy formalaşdırır.
Laçınlıların verdiyi məlumatda o da vurğulanır ki, Bəsti Nəcəfli ilə görüşən sakinlər onunla söhbət əsnasında bəzi mətləblərdən də hali olublar. Belə ki, xanım Nəcəfli bəzi kənd sakinlərinə deyib ki, yeni icra başçısı müvəqqətidir və Ramiz Cəbrayılov yenidən geri qayıdacaq. Ona görə də, onlardan şikayətlərini sonraya saxlamalarını məsləhət bilib. Bu danışıqlardan sonra o da məlum olub ki, icra başçısının müavini ayrı-ayrı kəndlərin sakinlərini də qızışdırıraq, onları yeni icra başçısı Akif Səlimovdan yuxarı dairələrə şikayət etməyə sövq edir. Bu azmış kimi icra başçısı ilə mətbuatın da münasibətlərini korlamağa başlayıb.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.