Hərbi hissənin giziri iki nəfəri öldürdü
26-03-2013, 17:00
Oxunub: 5 967
Bolgexeber.com AzNews.az-a istinadən bildirir ki, martın 25-də Ağcəbədi rayonun Qaradolab kəndində N saylı hərbi hissənin giziri qəza törədib. Belə ki, o, idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dəstə halında dayanan bir neçə nəfəri vurub.
Əldə etdiyimiz məlumata görə, İ.Qabilov idarə etdiyi avtomobillə Ağcabədi şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı avto-yuma məntəqəsinin qarşısında Mehrablı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və Aran kənd sakini 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub. Hər iki piyada hadisə yerindəcə keçinib.
Yüksək sürətlə hərəkət edən avtomobil daha sonra divara çırpılıb. Sürücü ilə yanaşı maşında olan 1992-ci il təvəllüdlü Şəfiyev Rəmzi Arzuman oğlu ağır bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə, hadisəni törətmiş İ.Qabilov və onun sərnişini R.Şəfiyev Azərbaycan ordusunun hərbçiləri, gizirlərdir.
Baş vermiş qəza nəticəsində daha 2 nəfərin və sürücünün ağır yaralandığı xəbər verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər