"Ne budi Qürbət" adlı kriminal avtoritet həbs edildi
30-03-2013, 09:30
Oxunub: 6 527
59 yaşlı Qürbət Hüseynov 25 ilədək məhkumluq həyatı yaşayıb
Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Qürbət Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Ondan ümumi çəkisi 451 qram olan marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
apa-nın əldə etdiyi məlumata görə, Q. Hüseynov kriminal aləmlə əlaqələri olan şəxslərdən biridir. O, bir neçə dəfə ümumilikdə 25 ilə qədər məhkumluq həyatı yaşayıb. Q. Hüseynov ilk dəfə gənclik illərində adam öldürmə maddəsi ilə məhkum olunub və elə cəzasını çəkərkən həbsxanada da qətl törədib.
Q. Hüseynov kriminal aləmdə “Ne budi Qürbət” adı ilə tanınıb. Bu ad ona həbsdə olarkən verilib. O, göz qapaqlarının üstünə ləqəbini döymə ilə yazdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər