Şəkidə 2 nəfər bıçaqlanıb
8-04-2013, 09:20
Oxunub: 5 968
Şəkidə bıçaqlaşma hadisəsi olub. Bu barədə apa-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Lətifov Azər Zəkəriyyə oğlu sol budunun kəsilmiş və deşilmiş, Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü İmanov Əjdər Aftandil oğlu isə sol qabırğaaltı nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasının (MŞX) cərrahiyə şöbəsinə daxil olublar.
Şəki RŞPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri zamanı məlum olub ki, onları Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ramin Rahib oğlu Şəki şəhər ərazisində bıçaqlayaraq hadisə yerindən qaçıb.
Keçirilmiş tədbir nəticəsində R. Süleymanov saxlanılaraq istintaqa təhvil edilib.
Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlayıb istintaq aparılır. Hadisənin səbəbi araşdırmadan sonra məlum olacaq.
Şəki MRX-dan daxil olan məlumata görə, A. Lətifov və Ə. İmanov cərrahiyə əməliyyatı olunub, müalicələri xəstəxanada davam etdirilir.
Onların vəziyyəti orta-stabil hesab edilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər