BolgeXeber.Com » Gündəm » “FEMEN” hərəkatının fəalları bu dəfə Putinlə Merkeli təhqir etdilər-Foto

“FEMEN” hərəkatının fəalları bu dəfə Putinlə Merkeli təhqir etdilər-Foto

8-04-2013, 13:25
Oxunub: 4 785 Ukraynanın “FEMEN” hərəkatının fəalları bu dəfə Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putini hədəf seçiblər.

Rusiya KİV-nin verdiyi xəbərə görə, Hannoverdə təşkil olunan sənaye yarmarkasında iştirak edən Merkel və Putin “Volkswagen” şirkətinin stendinin qarşısında olarkən “Femen” üzvləri soyunaraq ingilis dilində qeyri-etik ifadələr səsləndirməyə başlayıblar. Mühafizəçilərin müdaxiləsindən sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıblar.