Ata ilə uşağın ölümü ilə nəticələn hadisəni törədən sürücü həbs edilib
8-04-2013, 19:10
Oxunub: 5 217
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə Aprelin 5-də saat 23 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində sürücü Ülvan Nuriyev idarə etdiyi «Mazda» markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cü il təvəllüdlü Ayan Qaflanovanı vurub hadisə yerindən qaçmış, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
Aprarılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunmuşdur.
Ü.Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər