BolgeXeber.Com » Gündəm » “Azərsu” Qobu sakinlərinə 4 gündür “Kərbəla müsibəti” yaşadır-ŞİKAYƏT

“Azərsu” Qobu sakinlərinə 4 gündür “Kərbəla müsibəti” yaşadır-ŞİKAYƏT

3-08-2019, 15:04
Oxunub: 5 495 “Azərsu” Qobu sakinlərinə 4 gündür “Kərbəla müsibəti” yaşadır-ŞİKAYƏT"Vətəndaş “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbərinin facebook səhifəsinə də yazıb, amma Anar Cəbrayıllı şikayətə cavab verməyib,üstəlik onu bloka atıb"

Abşeron rayonu , Qobu qəsəbəsi, Yeni Məhəllə-2 sakinləri artıq 4-cü gündür ki, qızmar yay günlərində susuzluqdan əziyyət çəkirlər. Bu barədə Bolgexeber.com-a müraciət edən Yeni Məhəllə-2 sakini Ayət Şükürov bildirir ki, "Azərsu” bununla sakinlərə Kərbəla müsibəti yaşadır. Susuzluqdan daha çox azyaşlı uşaqlarının əziyyət çəkdiyi Ayət Şükürov qeyd edir ki,onlar-25 nəfər sakin öz hesablarına əraziyə su çəkiblər.Belə ki,sakinlərin hər birindən 105 manat ,ümumilikdə 2500-dən çox pul yığılıb və onlara sayğac kodu verilib.Pulu “Azərsu” ASC-nin Abşeron Rayon Sukanal İdarəsinin Qobu üzrə əməkdaşları yığıb. Halbuki sayğacların kodu dövlət tərəfindən vətəndaşlara qanunla pulsuz verilməlidir.Məsələ ilə bağlı “Azərsu” nun Qobu ərazinə baxan işçisi Elnura şikayət edilib. Amma o deyib ki,siz ““Azərsu” ASC-nin Qobu üzrə məsul şəxsinə İntiqama müraciət edin,mənlik bir şey yoxdur”. Amma bütün müraciətlər nəticəsiz qalıb. Ayət Şükürovin dediyinə görə o hətta “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna da zəng edib. Amma Anar Cəbrayıllı telefonu söndürüb. Vətəndaş “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbərinin facebook səhifəsinə də yazıb, amma Anar Cəbrayıllı şikayətə cavab verməyib,üstəlik onu bloka atıb.Bundan başqa vətəndaş “Azərsu” ASC-nin qaynar xətti ilə əlaqə saxlamağa cəhd edib.Amma onun 20 manatdan çox pulu telefonundan silinsə də bu cəhdi də boş çıxıb. “Azərsu” Qobu qəsəbəsi, Yeni Məhəllə-2 sakinləri ümid edir ki, "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov gec də olsa olsa onların,bu dəfə mətbuat vasitəsilə edilən şikayətinə məhəl qoyacaq və Qobu qəsəbəsi, Yeni Məhəllə sakinlərinə yayın bu qızmar çağında,suya böyük ehtiyac olan bir vaxtda su verilməsi üçün tədbirlər görülməsinə göstəriş verəcək. Ayət Şükürovun bildirdiyinə görə əks halda haqlı olaraq şikayət edən sakinlər “Azərsu” ASC-nin əsas inzibati binasının qabağına yığışıb etiraz edəcələr və su tələb edəcəklər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com-