Türk dillərinin ortaq əlifbası hazırlanacaq
10-04-2013, 10:05
Oxunub: 4 323
Türk dillərinin ortaq əlifbası hazırlanacaq.
Bolgexeber.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında yer alıb.
Proqramda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi 2013-2020-ci illər ərzində türk dillərinin fonetika, leksika və qrammatikasının mü-qayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanmasını təmin etməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-2014-cü illər ərzində isə milli transliterasiya standartları əsasında Azərbaycan əlif¬basından digər əlifbalara transliterasiyanı həyata ke¬çi¬rən proqram təminatının hazırlanmasını təmin etməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər