Binəqədinin hərbi komissarı həbs olunub
7-04-2011, 15:20
Oxunub: 8 582

Bakının Binəqədi rayonunun hərbi komissarı Feyzi Ağabəyov həbs edilib.
Bolgexeber.com xəbər verir ki, Feyzi Ağabəyov barəsində Respublika Hərbi
Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.Onun hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmır. Binəqədi Rayon Hərbi Komissarlığından Bolgexeber.com-a bildirilib ki, Respublika Hərbi Prokurorluğu hazırda komissarlıqda yoxlama aparır.
Binəqədi rayon hərbi komissarının səlahiyyətini müvəqqəti olaraq Mehman Qurbanov icra edir.
Feyzi Ağabəyov bundan əvvəl Masallı rayonunda hərbi komissar işləyib. Bakı Hərbi Məhkəməsindən Bolgexeber.com –a verilən məlumata görə, Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.
Məhkəmənin qərarı ilə hərbi komissar barədə 2 aylıq həbs qərarı çıxarılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər