8 nəfər məhkəmə zalinda həbs olundu
7-04-2011, 00:00
Oxunub: 7 780
Azərbaycanda korrupsiyada ittiham olunan təhsil şöbəsinin sabiq müdirinə 11 il cəza verilib
Bolgexeber.com-un verdiyi məlumata görə, korrupsiya cinayətlərində ittiham olunan Goranboy rayon Təhsil Şöbəsinin sabiq müdiri, şöbənin əməkdaşları və bir neçə orta məktəb direktoruna hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, məhkəmənin hökmü ilə Goranboy rayon Təhsil Şöbəsinin sabiq müdiri Elmar Əliyevə 11, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyevə 4, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibova 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
Zamində olanlar Faiq Quliyev 8 il 6 ay, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev 8 il, Yunis Cəfərov 8 il, Yalçın İsmayılov 8 il, Qüdrət Quliyev 7 il 6 ay, İlqar Məmmədov 7 il 6 ay, Rövşən Abbasov 4 il, Elşən Bağırov 3 il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunublar.
Zamində olan və prosesə gəlməyən Mehman Məmmədovun 8 il 6 ay, Xasay Qasımovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi və barələrində axtarış elan olunması barədə məhkəmə hökm verib.
Ələs İbrahimova 2 il sınaq müddəti ilə 7 il şərti cəza verilib.
Elmar Əliyev Goranboy rayonunda 52 saylı orta məktəbinin və rayon ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonunun 11 saylı orta məktəbinin XI sinif şagirdlərindən test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edib və külli miqdarda rüşvət alıb.
Əliyev təhsil şöbəsinin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsilə pulun ona çatdırılmasını tapşırıb.
İstintaq zamanı Əliyevin yaşayış və iş yerində şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılan, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər