Səbuhi Rəhimlidən 22 aprelin astroloji proqnozu
22-04-2013, 08:50
Oxunub: 5 274
QOÇ - Xoş xəbərlər yolunuzu gözləyir. Aldığınız hər bir təklif zövqünüzcə olacaq. Günün ikinci yarısında isə əzmkarlığınızı artırmaqla pul əldə edə bilərsiniz. Səfərə çıxmayın.
BUĞA - Müəyyən gərginliklər müşahidə olunsa da, bu, heç də insanlardan irəli gəlməyəcək. Qarşılaşdığınız çətinliklərə qarşı tədbirli olun. Göy qübbəsi tənbəlliyinizdən şikayətlənir.
ƏKİZLƏR - Həmkarlarınızla münasibətlərinizdə soyuqluq yaranmaması üçün bir qədər güzəştə getməyiniz məsləhətdir. Yersiz iddialarınızı bir qədər məhdudlaşdırın. Axşamsa qonaq gedin.
XƏRÇƏNG - Əsəbi situasiyalara mübtəla olsanız da, mətinliyiniz sayəsində nəticə öz xeyrinizə tamamlanacaq. Nahar ərəfəsində və axşama yaxın büdcənizi artırmaq imkanı qazanacaqsınız.
ŞİR - Yaxşı olar ki, bu gün işlə məşğul olmayasınız. Çünki bəxtinizin işdən kənarda gətirəcəyi bildirilir. Dostlarınızın əhatəsində olun. Uzaq olmayan ünvanlara səfər də edə bilərsiniz.
QIZ - Mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, bu, xəstəlik və ya qanqaraçılığı ilə nəticələnməyəcək. Lakin qərar çıxararkən mütləq ehtiyatlı olun. Böyüklərə qulaq asın.
TƏRƏZİ - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Oturaq fəaliyyətə ara verin. Sevdiyiniz adamların arasında olmaqla sevincinizi artıra bilərsiniz. Taleyinizdə dönüş ərəfəsi başlamaqdadır.
ƏQRƏB - Məsləhətsiz addım atmayın. Yaxşı bilirsiniz ki, tərslik etmək sizə xeyir gətirmir. Elə hərəkət edin ki, ətrafdakıların rəğbətini qazanasınız. Bu gün ağır fiziki işlərdən uzaq durun.
OXATAN - Bu maraqlı gündə maliyyə problemlərinizin həllini sürətləndirməlisiniz. Bu, hər mənada sizə kömək ola bilər. Yeni işlərə başlamaq üçün təcrübəli insanlarla müzakirələr aparın.
OĞLAQ - Təəssüf ki, bu gün ulduzlardan hansısa uğur gözləməyiniz əbəsdir. Yaxşısı budur, əsas qüvvənizi əmək fəaliyyətinə yönəldəsiniz. Başqalarının məsləhəti ilə hərəkət etməyin.
SUTÖKƏN - Narahatçılığa heç bir əsas yoxdur. Bütün sutkanı xoş təəssüratla başa vuracağınız güman olunur. Sevgi məsələlərində əməli addımlar atmağınız tələb olunur. Prosesləri dondurmayın.
BALIQLAR - Bu gün əsas enerjinizi fəaliyyətə yönəldin. Çünki digər sahələrdə hansısa uğur gözlənilmir. Təxminən saat 14-dən sonra şəxsi işlərinizdə ilkin irəliləyişlər nəzərə çarpacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər