BolgeXeber.Com » Gündəm » Hərbçimiz intihar edib

Hərbçimiz intihar edib

23-04-2013, 09:20
Oxunub: 4 734 Azərbaycan ordusunun hərbi qulluqçusu intihar edib. Xətai Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.