“Canilər tapılmalı və onlardan hesab sorulmalıdır”
24-04-2013, 18:15
Oxunub: 7 340
Qənimət Zahid: “İnzibati terror qurbanlarına qarşı açılmayan bütün cinayətlərin məsuliyyəti özünü vətəndaşların təhlükəsizliyinin qarantı elan edən şəxsin üzərindədir”
Məlum olduğu kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın iki uşağı faciəli şəkildə dünyasını dəyişib. Qobu qəsəbəsində evinin yandırılması nəticəsində iki uşağını itirmiş baş redaktor hələ də cinayətkarların tapılaraq, cəzalandırlmamasını bildirir. Bununla bağlı mətbuat nümayəndələri və cəmiyyətin fəal kəsimi də mövqelərini açıqlamağa başlayıblar.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, hadisə dəhşət doğurucudur. “Bu, əməlli-başlı faciədir! Mən dəfələrlə vurğulamışam ki,Azərbaycan inzibati terrorun tüğyan etdiyi bir ölkədir. Bu terror ən ağır faciələri belə insanların gözündə adiləşdirməyə nail olmaq üzrədir. Hərçənd, uşaqların öldürülməsi cəmiyyət üçün adiləşməməli idi və buna qonşunun faciəsi kimi baxmaq da ən ağır cinayətlərdən biridir. Bu canilər tapılmalı və onlardan hesab sorulmalıdır. İndi bunu etmək mümkün deyilsə, nə zamansa hökmən edilməlidir. Və xüsusi olaraq vurğulayıram ki, inzibati terror qurbanlarına qarşı açılmayan bütün cinayətlərin məsuliyyəti özünü vətəndaşların təhlükəsizliyinin qarantı elan edən şəxsin üzərindədir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər