Ağdaş Mərkəzi rayon Xəstəxanasında daha bir ölüm faktı
26-04-2013, 11:20
Oxunub: 5 956
Bu barədə Rayon Polis Şöbəsindən məlumat verilib. Xəstəxanada ölən uşağın 7 aylıq körpə Bayram Qasımov olduğu bildirilib.
Ağdaşın Aşağı Ləki kənd sakini Bəhruz Qasımov həyat yoldaşı ilə birgə ağzında quruma yaranan körpəni müayinə etdirmək üçün Ağdaş Mərkəzi rayon Xəstəxanasına aparıblar. Bəhruz Qasımov bildirib ki, xəstəxananın pediatrı Nüşabə Kazımova körpənin ağzında baş verən quruma halının qarşısını almaq üçün 6 ampula dərmanı bir-birinə qarışdıraraq uşağın qoluna vurub və bundan dərhal sonra uşaq dünyasını dəyişib.
Xəstəxananın baş həkimi Nuru Nuriyev apa-ya bu hadisənin baş verdiyini təsdiqləyib. Baş həkim uşaq ölümü faktının səbəbini hələ ki, bilmədiyini, xəstəxana rəhbərliyi tərəfindən araşdırma aparılacağını deyib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 10 gün öncə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşaq ölüb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər