BolgeXeber.Com » Gündəm » Əkrəm Əylisli ölkəni tərk etdi

Əkrəm Əylisli ölkəni tərk etdi

26-04-2013, 14:05
Oxunub: 5 419 Onun xarici dövlətlərdən birində sığınacaq almaq niyyətində olduğu bildirilir

“Daş yuxular” əsərinin müəllifi, yazıçı Əkrəm Əylisli ölkəni tərk edib. Bu barədə məlumatı bir neçə gün əvvəl almışıq, lakin onun Azərbaycandan getməsini təsdiqləyən hər hansı fakt əldə etmədiyimizdən bunu yayınlamadıq. Amma ötən müddət ərzində yazıçıyla hər hansı əlaqə yarada bimədiyimizdən mövzuya yenidən qayıtdıq.

Məlumat üçün bildirək ki, iki gündür, yazıçının həm mobil, həm də ev telefonuna ardıcıl olaraq zəng edirik. Amma yazıçının mobil telefonu bağlıdır, ev telefonuna isə oğlu cavab verir va yalnız bu sözləri deyir: “Əkrəm müəllim yoxdur”.

Bu gün isə təkrarən yazıçının ev telefonuna zəng etdik. Yazıçının oğlu bildirildi ki, Ə.Əylisli hələ bir neçə gün də evdə olmayacaq: “Əkrəm müəllim hazırda yoxdur və bir neçə gün olmayacaq”.

Yazıçının hansı məqsədlə ölkədən getdiyi haqda isə hər hansı məlumat yoxdur. Amma mənbənin sözlərinə inansaq, yazıçının bu səfəri xarici dövlətlərin birində özünə sığnacaq tapmaq məqsədi daşıyır.

Xatırladaq ki, yazıçı “Daş yuxular” əsəri ilə böyük iştimai qınağa tuş gəlib. Hətta prezident bu əsərinə görə ona verilmiş “Xalq yazıçısı” titulunu da geri alıb.


AzNews.az