Rusiyada azərbaycanlı iş adamının qatili tutuldu
27-04-2013, 09:55
Oxunub: 5 174
Bu ilin mart ayının 5-də Rusiya paytaxtında öldürülən azərbaycanlı iş adamı Adil Mahmudovun qatili tutulub. m üsavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qatil aprelin 25-də Moskvanın Puşkinski rayonunda kirayə tutduğu evdə həbs edilib. Qətldə şübhəli bilinən şəxs 33 yaşlı soyadı açıqlanmayan Tengizdir. Milliyyətcə abxaz olan Tengiz yarım il əvvəl azadlığa buraxılıb. Tengiz deyib ki, həbsdən çıxdıqdan sonra azərbaycanlı iş adamı Adil Mahmudov ona müraciət edib ki, mallarının Rusiya sərhədindən çıxarılmasında problem var və ona kömək etsin. O da Adil Mahmudova kömək etməyə boyun olub. Amma tezliklə başa düşüb ki, bu iş onun düşündüyündən də çətindir. A.Mahmudovla görüşüb bu barədə danışmaq istəyəndə isə onu maşına zorla oturdub şəhərdən qırağa aparıblar. Tengizin iddiasına görə, meşədə onu alçaldıblar və bunu kameraya çəkiblər. Sonra isə deyiblər ki, bu barədə polisə məlumat versə, bu fotonu qafqazlı “qanuni oğru” lara göndərəcəklər. Bundan qəzəblənən abxaziyalı isə martın 5-də günorta saat 12:40 radələrində “Zakarpatskiye uzorı” restoranına daxil olaraq orada nahar edən A. Mahmudovun alın nahiyəsinə atəş açıb. 45 yaşlı azərbaycanlı elə yerindəcə keçinib.
Qatil isə hadisə yerindən qaçıb.
Xatırladaq ki, bu qətllə bağlı ilkin informasiyada bildirilirdi ki, A.Mahmudov Rusiya Silahlı Qüvvələrinin polkovnikidir. Sonradan məlum oldu ki, əslində onun üzərindəki sənəd saxta imiş. Rusiya mətbuatı yazırdı ki, Adil Mahmudov özünün güc strukturlarının əməkdaşı kimi qələmə verib və tez-tez saxta sənədlərdən istifadə edib. Öldürüldüyü zaman onun üzərində zabit forması olduğuna görə qətlə yetirilənin məhz polkovnik olması barədə ilkin məlumat yayılıb.
Sonda onu da qeyd edək ki, A. Mahmudov bir müddət Murmansk vilayətinin Moskvadakı nümayəndəsi olub. 2001-ci ildə qubernator Dmitri Dmitrienko onu bu vəzifədən azad edib. Ancaq o zamana qədər 1967-ci ildə Kürdəmir rayonunda dünyaya gələn və Moskvada 1000 kvmertlik möhtəşəm evdə yaşayan A.Mahmudovun qubernatorun sağ əli olduğu və bir çox məsələləri məhz A.Mahmudovun həll etdiyi bildirilirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər