BolgeXeber.Com » Gündəm » ŞOK! Bıçaqlanan əsgərin qardaşını komandiri döyüb

ŞOK! Bıçaqlanan əsgərin qardaşını komandiri döyüb

27-04-2013, 15:25
Oxunub: 5 507 Bakı sakini olan qatil əsgər Bakıda necə xidmət keçirmiş?

Bakıdakı N saylı hərbi hissədə bıçaqlanaraq qətlə yetirilən əsgər Kamran Məmmədovun onunla birlikdə xidmət keçən qardaşı İmran Məmmədov da komandiri tərəfindən döyülüb. Bu barədə Moderator.az-a qətlə yetirilən əsgərin ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, qardaşının gözü qarşısında ölməsinə dözə bilməyən İmran Məmmədov ağlayaraq, komandir heyətini nizam- intizamsızlıqda ittiham edib. Əsgərin səs- küy salması isə hərbi hissə rəhbərliyini çıxılmaz duruma salıb. Hərbi hissədə sakitliyi bərpa etmək üçün komandir əsgərə sillə ilə vurub. Daha sonra əsgərə iynə vurduran komandir onu yatızdırıb.
Vəziyyəti ağır olan İmran Məmmədov hazırda hospitala aparılıb.
Qətlə yetirilən əsgərin valideynləri onu da bildirib ki, oğullarını öldürən əsgər Bakı sakini olub: “Halbu ki, hərbi hissə yaşayış yerindən ən azı 150 kilometr aralıda olmalıdır. Amma bu əsgər evinin içində hərbi xidmət keçirmiş. Araşdırsınlar ki, kimdir, kimin uşağıdır”?
Bolgexeber.com