Şagird Mikayıl Cabbarovun qəbulunda
27-04-2013, 15:35
Oxunub: 5 267
Təhsil naziri Mikayıl Cabbarov 53 saylı məktəbin direktoru və 11-ci sinifdə təhsil alan məktəbli qızı qəbul edib. Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XI b sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədilə dəvət edib. Müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.
Nazir Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillər əsasında qurulmasının vacibliyini vurğulanıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər