BolgeXeber.Com » Gündəm » İntihar edən iki gəncin son mesajı: «Haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür"
İntihar edən iki gəncin son mesajı: «Haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür"
29-04-2013, 13:35
Oxunub: 5 393
Baş Prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə Aprelin 27-də saat 10:30 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən «Şüşa» yaşayış məntəqəsində istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər və Sabunçu rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmişdir.
İlkin araşdırmalarla meyitlərin 1995-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş Qəmbərli Əli Oruc oğlu və 1995-ci ildə Şərur rayonunda anadan olmuş Bayramov Ramil Vidadi oğlu olması müəyyən edilmişdir.
Meyitlərə valideynlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onların boyun nahiyyəsində stranqulyasiya şırımından başqa heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.
Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, məhkəmə-tibb ekspertizaları təyin edilmişdir.
Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, Ə.Qəmbərli və R.Bayramov aprelin 26-da evdən çıxmış və sonuncu həmyerlisi Elçin adlı şəxsin mobil telefonuna «haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür» mesajı göndərmişdir.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər