BolgeXeber.Com » Gündəm » Papanin sakinlərinin ümidi Allaha qalıb-Foto

Papanin sakinlərinin ümidi Allaha qalıb-Foto

29-04-2013, 14:55
Oxunub: 4 789 Bakının Nəsimi rayonunun 3-cü Alatava sakinləri dərdrlərini kimlərə desinlər bilmirlər. Ərazidə yaşayan Bolgexeber.com-a bildirdiyinə görə ,yaşayış yerinin yanında metro tikintisi ilə əlaqədar gedən tikinti işləri neçə vaxtdır ki,onların normal həyatını iflic vəziyyətinə salıb .Ərazidə olan əməkdaşımız tikinti gedən ərazidə sakinlərin gediş-gəlişi üçün demək olar ki,yol saxlanılmamasının şahidi olub.Ərazidə aparılan tikinti piyadaların hərəkərini kəskin surətdə məhdudlaşdırıb.Belə ki,sakinlərin gedib –gəldiyi bütün əsas yolları ərazidə tikinti işlərini aparan şirkətin işçiləri tərəfindən tamamilə bağlandığından vətəndaşlar işə rahat gedib-gələ bilmir,uşaqlar isə dar və təhlükəli cığırlarlardan keçməkdə çətinlik çəkirlər.Bundan başqa ərazidə olan çoxsaylı lyuklar tikinti ilərini aparan işçilər tərəfindən açıq vəziyyətdə saxlandığından böyük təhlükə mənbəyidir. Yağış yağanda isə sakinlərin gediş-gəlişi ikiqat çətinləşərək palçıqdan,gölməçələrdən cəhənnəm əzabına çevrilir. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə buraxmır, uşaqlar həyətdə oynamaqdan məhrum olublar,yaşlı adamlar isə evdən çölə çıxmağa ehtiyat edirlər.Tikinti şirkətinin ərazidə yaşayan insanlara qarşı belə münasibəti sakinlərin böyük narazıçılığına səbəb olub .Sakinlər hesab edirlər ki,vətəndaşlara qarşı belə münasibət yolverilməzdir və tikinti işlərini aparanlar istəsəydilər sakinlərin yaşayışına daha az maneəçilik törədə bilərdilər.Bu barədə onlar öz iradlarını müvafiq oraqanlara bildirsələr də dərdlərinə əncam çəkən olmayıb.Bu səbəbdən onlar əməkdaşımıza bildirdilər ki, ki,ümidləri ancaq Alllaha və tikintinin nə vaxt qurtaracağını gözləməyə qalıb. qalıb.
BOLGEXEBER.COM