Deputat Mahir Abbaszadənin vəzifələri niyə gizlədilib?
13-01-2020, 00:04
Oxunub: 7 021
121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədliyi təsdiqlənən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə ilə bağlı MSK-nın rəsmi saytında yanlış məlumat qeyd edilib.
MSK-nın saytında Mahir Abbaszadənin deputatlığa namizəd kimi qeydə alındığı bildirilən siyahıda onun adı "işsiz" kimi göstərilib. Halbuki, seçkiyə qatılan digər deputatların adlarının qarşısında "Milli Məclisin deputatı" sözü qeyd edilib.
Məsələnin digər maraqlı tərəfi budur ki, M.Abbaszadə deputat olmaqla yanaşı, digər vəzifə də tutur.
O, 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib və hal-hazırkı günə qədər bu vəzifənin başındadır.
Maraqlıdır, parlamentin erkən buraxılmasına səs verən Mahir Abbaszadənin adının qarşısında "Milli Məclisin deputatı", yaxud "Fond sədri" yazılmaması nə ilə bağlıdır? Bu səhv onun məlumatları DSK-ya təqdim etməməsi ilə əlaqəlidir, yoxsa, bu, DSK-nın yanlışlığıdır?
Məsələ ilə bağlı deputatdan münasibət öyrənə bilmədik.
Onu da qeyd edək ki, M.Abbaszadənin hələlik cəmiyyətə bəlli olan 16 rəqibinin 4-ü işsiz, 5-i müəllim, 1-i təqaüdçü, 1-i jurnalist, qalan 5-i isə müxtəlif peşə sahibləridir.

Mia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər