BolgeXeber.Com » Gündəm » Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO

Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO

14-01-2020, 09:17
Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO"Lakin məhkəmə dəymiş ziyanın ödənilməsi üçün məsələyə baxılması üçün ilk növbədə mal sahibin izahatı da tələb olunur ki,həqiqətən malın sahibi odur"

Bolgexeber.com xəbər verir ki, oktyabrın 26-da axşam saat 21:30-da Ələt -Astara magistral yolunun 84-cü kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hissəsində Mirzəyev Rizvan Əli oglunun idarə etdiyi “Mercedes” markalı (furqon tipli) 99- GK -892 dövlət nömrə nişanlı avtomobil qəfil önünə çıxan iribuynuzlu heyvana-camışa dəyib.
Qəza nəticəsində avtomobilə 1480 manat miqdarında ziyan dəyib. Rizvan Mirzəyev qeyd edir ki, iribuynuzlu heyvanın keçdiyi yer mal-qaranın keçməsi üçün qadağan olunmuş ərazidir.Yolun kənarında isə əkin sahələri var .
Rizvan Mirzəyevin bildirdiyinə görə Biləsuvar Rayon Polis Şöbəsi baş vermiş hadisəni araşdırmış və avtomobil sahibinin ziyana düşüməsinə səbəb olan mal-qara sahibi əslində məlumdur. İş məhkəməyə göndərilmişdir.Lakin hadisənin üstündən 3 ay keçməsinə baxmayaraq məsələ öz müsbət həllini tapmayıb.
Bu səbəbdən Rizvan Mirzəyev məsələ ilə bağlı mətbuat vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək ondan kömək istəyir:

“Hörmətli nazir,Baş Dövlət Yol Polis İdarəsinin 9-cu tağımında inspektor işləyən Şamo Möhlətov məsələyə qeyri-obyektib yanaşıb.Hadisədən sonra xeyli vaxt keçməsinə baxmayaraq Şamo Möhlətov tərtib etdiyi protokolu məhkəməyə göndərməyib ,məsələni uzadıb.
Mənə dəymiş ziyanın mal-qara sahibi tərəfindən ödənilməsi üçün protokolun məhkəməyə niyə gec göndəriməsini ondan soruşduqda Şamo Möhlətov cavabında dedi ki”get hara istəyirsən şikayət edirsən et!”.
Lakin məhkəmə dəymiş ziyanın ödənilməsi üçün məsələyə baxılması üçün ilk növbədə mal sahibin izahatı da tələb olunur ki,həqiqətən malın sahibi odur. Malın sahibinin Neftçala rayonu,Qaçaqkənd sakini Məmmədov Polad Zülfiqar olması müəyyən edilsə də, o bunu inkar edib.Lakin qəribədir ki,mal sahibinin adına protokol tərtib olunsa da ondan izahat alınmayıb ki,bu da çox şübhəlidir.Əgər mal həmin adama məxsus deyilsə onda niyə onun adına ümumiyyətlə protokol tərtib olunur?!
Qanuna görə bu cür hadisələr zamanı vurlmuş mal-qara ərazi nümayəndəsinə,ya da sahə müvəkkilinə təhvil verilməli idi.Lakin bu edilməyib.
Şamo əraziyə baxan Nicat adlı sahə müvəkkilinə zəng edib.Sonradan mənə məlum oldu ki,sahə müvəkkili mal sahibinin tanışı olduğuna görə bu məsələ bilərəkdən yubadılıb ki,malın sahibi dəymiş ziyanı ödəməkdən yayınsın.
Butün bunlar da onu deməyə əsas verir ki,bu məsələdə adlarını sadaladığm şəxslər bir-biri ilə əlbir olub belə qərəzli qərar verməklə mənə dəymiş 1480 manat ziyanı ödəməməyə çalışırlar.
Biləsuvar RPŞ-nin TQ-nun baş təhqiqatçısının qərarına görə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanılmasından imtina edilib.
Qərarda göstərilir ki, maddi ziyan vuran bir baş camışın sahibini guya müəyyən etmək mümkün olmamışdır və camışın sahibin müəyyən olunması üçün qərarın surəti RPŞ-nin CAB-na göndərilib.

Hörmətli nazir, sizdən xahiş edirəm bu işin obyektiv araşdırılmasına və mənə dəymiş ziyanın mal sahibi tərəfindən ödənilməsinə yardımçı olasınız.
Hörmətlə , Mirzəyev Rizvan Əli oglu"

Bolgexeber.com


Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO
Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO