Millət vəkilinin adı dələduzluq qalmaqalında
1-05-2013, 10:20
Oxunub: 6 044
Etibar Hüseynov olayı gizlətməyə çalışır
15 saylı Yasamal birinci seçki dairəsindən olan deputat Etibar Hüseynovun köməkçisi Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Bu barədə moderator.az-a deputata yaxın mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi lə vətəndaşların dövlət qurumlarlna aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar amma bu vədinə əməl etməyib.
Mənbəmiz onu da bildirib ki, İlqar Etibar Hüseynovun deputatlığa namizəd olan zaman seçki qərərgahında rəhbərlik edib. Onun imzatoplama kampaniyasından tutmuş, Talıblı küçəsində yaşayan seçicilərlə keçirilən görüşlərində təşkilatçı olub. Etibar Hüseynov deputat olandan sonra isə İlqar özü üçün “Mersedes” markalı avtomobil alıb. İlqarın yaşadığı məhəllənin sakinləri bu maşının İlqara xidmətlərinin müqabilində deputat tərəfindən hədiyyə olunduğunu deyib.
Mənbəmiz İlqarın həbsinin bir neçə ay əvvəl baş verdiyini dəeyərək, deputatın bu işin ictimailəşməməsi üçün əlindən gələni etdiyini də bildirib.
İlqarın ailəsi Moderator.az-a onun həbsini təsdiqləsə də amma əlavə məlumat verməkdən imtina ediblər.
Moderator.az-ın əməkdaşı bu olayla bağlı deputat Etibar Hüseynovun özündən münasibət öyrənib. Əvvəlcə bu barədə danışmaq istəməyən Etibar Hüseynov sonradan İlqar adlı köməkçisinin olmadığını deyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər