BolgeXeber.Com » Gündəm » Ülvi Quliyevin 83 səsi necə 383 oldu? - VİDEO

Ülvi Quliyevin 83 səsi necə 383 oldu? - VİDEO

14-02-2020, 11:44
Oxunub: 7 826
Nəticələrindən Mərkəzi Sseçki Komissiyasına şikayət edilən dairələrdən biri də 15 saylı Yasamal 1-ci seçki dairəsidir

AFN xatırladır ki, MSK-nın bu gün keçirilən iclasında həmin dairə üzrə daxil olan müraciətlər baxılması üçün aidiyyatı DSK-ya göndərilməsi haqda qərar qəbul edilib.

Belə bir vaxtda redaksiyamıza 15 saylı Yasamal birinci seçki dairəsinin, 12 saylı məntəqəsində baş verən saxtakarlıq halını özündə əks etdirən video daxil olub. Görüntülərdən aydın olduğu kimi, sözügedən məntəqədə dairə üzrə qalib elan edilmiş namizəd Ülvi Quliyevin xeyrinə 83 səs sayılsa da, yekun protokolda 383 səs qeyd edilib. Həmin videonu təqdim edirik: