Sabirabadda şikayət edənlərə təzyiqlər edilir
6-05-2013, 17:40
Oxunub: 5 404
ƏƏSMN-in yerli şöbəsinin müdiri Rövşən müəllim ondan şikayət edənləri bu şəkildə cəzalandırır
Ötən günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsində baş verən neqativ hallarla bağlı geniş məlumat vermişdik. Bildirmişdik ki, şöbəyə yeni rəhbər təyin olunmuş Rövşən müəllim də əvvəlki müdirdər fərqli olmayan addımlar atır.
Bolgexeber.com-a verilən məlumatlarda vurğulanırdı ki, hal hazırda rayonda ünvanlı sosial yardım almaq mümkünsüzə çevrilib. Eyni zamanda, bununla bağlı təqdim olunmuş sənədlər də it-bata salınır. Rövşən müəllimin hərəkətlərindən şikayətçi olan rayon sakinləri isə vəziyyətin dözülməz olduğunu deyirlər.
Bu gün aldığımız məlumata görə, Rövşən müəllim Xəbər Portalımızda gedən yazılara qarşılıq olaraq fərqli vasitələrə əl atıb. Belə ki, o, şikayətçi olan vətəndaşlara yerli icra nümayəndələrinin əliylə təzyiq göstərməyə başlayıb. Məlumatda deyilir ki, hal hazırda həmin vətəndaşlardan tələb olunur ki, mətbuata çıxmasınlar və heç bir şikayət etməsinlər.
Bundan başqa, ƏƏSMN-in yerli şöbəsinin müdiri həmçinin mətbuatdakı əlaqələrini də işə salıb. Belə ki, o, özünə yaxın bildiyi jurnalistlərə sifarişli yazılar yazdırmaq fikrindədir. Bizdə olan məlumatlara görə, həmin mətbuat işçilərindən özü ilə bağlı xoş sözlər yazmalarını və şikayətlərin əsassız olduğunu bildirmələrini istəyib.
Maraqlıdır ki, Bolgexeber.com yazılanlara münasibət öyrənmək üçün Rövşən müəllimlə 3 gündür əlaqə saxlamağa çalışır. Lakin o, açıqlama vermək əvəzinə eyni sözləri təkrarlayıb durur: «Mən nazir Fizuli Ələkbərovu tanıyıram. O da bilir ki, məndən heç bir şikayət ola bilməz. Nə yazırsınız, yazın. Mənə heç kim heç nə edə bilməz».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər