“Region Consult” MMC-nin direktorunun qanunsuz əməlləri ifşa edilib
9-05-2013, 09:40
Oxunub: 3 895
Baş prokurorluğdan Bolgexeber.com-a daxil olan məlumata görə
Bakı şəhərində fəaliyyət göstərən “Region Consult” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, qeyd edilən cəmiyyətin təsisçisi və direktoru Tariyel Mirzoyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir qrup yerli və xarici şirkətlərin ölkəmizə gətirdikləri əməkçi miqrantların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmələri üçün fərdi icazə almaları ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə edilmiş müraciətlərin qısa müddət ərzində müsbət cavablandırılması öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra rəhbərlik etdiyi müəssisənin hesabına hər bir əcnəbi miqranta görə müvafiq miqdarda pul vəsaitinin ödənilməsinə nail olmaqla nəticədə dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ci¬nayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət