BolgeXeber.Com » Gündəm » İmişli rayon mərkəzi böyük gölə çevrildi, İH şöbə müdiri faktı dandı (FOTO)
İmişli rayon mərkəzi böyük gölə çevrildi, İH şöbə müdiri faktı dandı (FOTO)
3-03-2020, 13:38
Oxunub: 6 952
Martın 2-də aramsız yağan yağışlar İmişli rayonunun küçələrini süni gölə çevirib.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkədə rayonunun küçələrinin yağış sularının altında qalması ilə bağlı foto paylaşılıb. Fotodan görünür ki, sakinlərə bir küçədən digərinə keçmək üçün sözün həqiqi mənasında qayıq lazımdır.
Yerli sakinlərlə söhbətdə həmin küçənin Heydər Əliyev Mərkəzinin yanı olduğunu deyilib. Bundan əlavə, sakinlər yağışdan sonra Rayon İcra Hakimiyyətinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının hadisə yerində olduğunu vurğulayıblar:
"Yağışdan sonra su maşınları həmin küçələrdə olub. Bütün günü nasoslarla su çəkilib”.
İmişli Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Təranə Cabbarova fotofaktın İmişli şəhərinə aidiyyatı olmadığını bildirib:
"Yalnış məlumatdır. Ola bilər ki, haranısa çəkib atıblar. Bizdə belə yağış yağmayıb”, - deyən şöbə müdiri dərhal əlaqəni kəsib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər