BolgeXeber.Com » Gündəm » Neftçalaya yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

Neftçalaya yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

5-03-2020, 15:04
Oxunub: 5 916
Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bolgexeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

1989-cu il təvəllüdlü M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.