Səbuhi Rəhimlidən 13 mayın astroloji proqnozu
13-05-2013, 09:05
Oxunub: 4 108
QOÇ – Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
BUĞA – Gücünüzü potensialınızın inkişafına yönəldin. Hər bir məsələdə mövqeyinizi açıq göstərməyə çalışın. Həlledici məqamlarda tərəddüd etmək və ya qapalı olmaq ziyanlıdır.
ƏKİZLƏR – Öz düşüncənizin mütləq doğru olduğunu zənn etməyin. Sizin kimi insanlar üçün kənar məsləhətlər əksər hallarda effekt verir. Bunu anlayın ki, nicat tapasınız. Bu gün qazanmaq ehtimalınız yüksəkdir.
XƏRÇƏNG - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.
ŞİR - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir. Amma səfərə çıxmayın.
QIZ - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atmalısınsz. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.
TƏRƏZİ - Yaxşı bir gün yaşayacaqsınız. İlahi qaydaları pozmadığınız təqdirdə bütün proseslərdən qazancla çıxacaqsınız. Bir qədər fəlsəfə və psixologiyaya vaqif olun ki, rəğbət qazanasınız.
ƏQRƏB - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
OXATAN - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.
OĞLAQ - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.
SUTÖKƏN - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.
BALIQLAR - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər