Sumqayıtda müəllimin cəzalandırdığı XI sinif şagirdi öldü
13-05-2013, 16:15
Oxunub: 5 136
Azad İlyasov məktəbin heyətində qaçan zaman qəflətən yıxıldığı bildirilir
Bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib.Hazırda uşağın ölümünün səbəbləri araşdırılır.
Hadisə şahidlərinin verdikləri məlumata görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar 17 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonu məktəbin mühafizəçisi götürdü və günorta saatları olmasına baxmayaraq, məktəbdə heç kimin olmadığını bildirdi. Ölən şagirdin Gülşən Hüseynovanın rəhbərlik etdiyi “11 B” sinifində təhsil aldığını bildirdilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər