TƏBİB-dən qalmaqallı təyinat
15-04-2020, 14:29
Oxunub: 11 186
2 il əvvəl ciddi nöqsanlara görə işdən çıxarılan baş həkim yenidən vəzifəsinə qaytarılıb...
Xocavənddən MiiliYol-a daxil olan məlumata görə rayon xəstəxanasının sabiq baş həkimi Nürəngiz Bəşirova yenidən vəzifəsinə təyinat alıb. Nurəngiz Bəşirovanın yenidən baş həkim təyinatı almasında isə Xocavənd icra başçısı Eyvaz Hüseynovun mühüm rol oynadığı deyilir.
Qeyd edək ki, Nurəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən yol verdiyi ciddi nöqsanlara görə 2 il öncə Səhiyyə Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Vəzifədən çıxarılmasına baxmayaraq Nurəngiz Bəşirova ötən 2 il müddətində qeyri-rəmi olaraq Xocavənd Mərkəzi Xəstəxanasının baş həkiminin kabinetində oturub və bu vəzivəni icra edib. Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova isə faktiki olaraq vəzifəsini icra etməyə imkan verməyib.
Bu misli görünməmiş qanunsuzluq Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa hamiliyi ilə həyata keçirilib. Qeyd edək ki, bu barədə mətbuatda ötən il məlumat yayılmışdı.
Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Fövzi Tahirov Ağcabədi Xəstəxanasının baş həkimi təyin edildikdən sonra bu ilin əvvəlində Xocavəndin icra başçısı Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq Nürəngiz Bəşirovanın baş həkim təyinatına çalışıb. Sonunda TƏBİB-in rəhbərliyi icra başçısının israrlı xahişini yerinə yetirib və 2 il əvvəl çox ciddi səbəblərə görə işdən azad olunan Nürəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat alıb.
Maraqlıdır ki, Nurəngiz Bəşirovanın baş həkim təyinatı alması 3 ay müddətində gizli saxlanılıb. Yalnız aprelin əvvəlində Xocabənd rayon İcra Hakimiyyətinin saytında Nurəngiz Bəşirovanın baş həkim olması ilə bağlı məlumat yeləşdirilib. Yəqin ki, bu da ölkədə karantin vəziyyətinin elan olunması səbəbi ilə edilib.
Bir maraqlı məsələyə də Xocabənd rayon İcra Hakimiyyətinin və TƏBİB-in aydınlıq gətirməsinə ehtiyac var. Beləki aşağıdakı şəkildən də gördüyünüz Xocabənd rayon İcra Hakimiyyətinin rəsmi saytında Nürəngiz Bəşirovanın adı həm baş həkim, həm də baş həkimin müavini kimi qeyd edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər