BolgeXeber.Com » Gündəm » 5 hərbçinin öldüyü qəza- Video-yenilənib

5 hərbçinin öldüyü qəza- Video-yenilənib

18-05-2013, 12:45
Oxunub: 3 569 Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Qubada 5 hərbçinin ölümünə səbəb olan dəhşətli yol qəzası baş verib.

Bolgexeber.com –un məlumatına görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən "Ural" markalı maşının Atuc kəndi yaxınlığında dərəyə yuvarlanıb.

Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

***
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova APA-ya açıqlamasında bildirib ki, qəzaya uğrayan “RAF” markalı maşın ölən hərbçilərdən birinə məxsus olub: “Həmin maşın hərbi maşın olmayıb”.

T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan hadisə yerində 5-i dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər”.

***

Azərbaycanın şimal bölgəsində baş verən yol qəzasında ölən hərbçilərin adları açıqlanıb

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan digər hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.