BolgeXeber.Com » Gündəm » “Şkaf Elxan”ı da “Bambuka İlham” güllələdib

“Şkaf Elxan”ı da “Bambuka İlham” güllələdib

18-05-2013, 18:35
Oxunub: 6 401 Sankt-Peterburqda Elxan Abbasov “Şkaf Elxan” ləqəbi ilə tanınıb
Sankt-Peterburq hüquq-mühafizə orqanları üzvləri əslən Astara rayonundan olan və Sankt-Peterburqda fəaliyyət göstərən cinayətkar qrupu həbs ediblər.

Rusiya hüquq-mühafizə orqanlarından Vətəninfo.az-a daxil olan məlumata görə, Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı, “Tülpan” və “Bambuka” ləqəbi ilə tanınan Əliyev İlham Oruc oğlu Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs edildikdən sonra bu günə kimi həyata keçirdiyi qətl hadisələri ilə bağlı yeni-yeni faktlar ortaya çıxmaqdadır.
Verilən məlumata görə, “Bambuka”nın sifarişi ilə əslən Qazax rayonundan olan 60-cı il təvəllüdlü Elxan Çərkəz oğlu Abbasova 2009-cu ildə yaşadığı Kalininski rayonunda mənzilinin blokunda sui-qəsd edilib. Hadisədən ağır yaralanan Elxan Abbasov fiziki sağlamlığını itirərək əlil qalıb.
Sankt-Peterburqda Elxan Abbasov “Şkaf Elxan” ləqəbi ilə tanınıb. Bundan başqa redaksiyamıza daxil olan məlumatda o da vurğulanır ki, Rusiya Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri Sankt-Peterburq üzrə azərbaycanlılara qarşı 1990-cı ildən bu yana baş verən bütün cinayət hadisələrini araşdırmaq üçün xüsusi qrup yaradıb və Sankt-Peterburqa restoranların sahibləri, mağaza və ticarət mərkəzlərinin, eyni zaman meyvə-tərəvəz, mənzil və valyuta alqı-satqısı ilə məşğul olan bütün azərbaycanlıları nəzarətə götürüb.
Məlumatda vurğulanır ki, belə bir addım təhlükəsizlik baxımından atılır. “Bambuka”nın tutulmasından sonra həbs olunan azərbaycanlılardan ibarət cinayətkar qruplar müxtəlif vaxtlarda törədilən cinayətlərlə bağlı istintaqa ilginc məlumatlar veriblər.
“Bambuka İlham”ın nəzarətində olan restoranlardan birində aparılan axtarış zamanı onun bu günə kimi öldürülməsi sifarişini verdiyi şəxslərin və öldürülənlərin siyahısı, həmin şəxsləri qətlə yetirəcək killerlərin adları, killerlərə verilən məbləğin həcmi ilə bağlı sənədlər ortaya çıxıb. Qeyd olunur ki, “Bambuka İlham” xoşu gəlməyən insanların aradan götürülməsi üçün nə az-nə çox, düz 20 milyon dollar xərcləyib. Məlumata görə, Sankt-Peterburq hüquq-mühafizə orqanları üzvləri əslən Astara rayonundan olan və Sankt-Peterburqda fəaliyyət göstərən cinayətkar qrupu həbs ediblər.
Məlumatda deyilir ki, ötən gün 1967-ci il təvəllüdlü Hüseynov Nizami Fazil oğlu (“Əjdaha Nizami” kimi tanınan), Həbibov Rauf Xanoğlan oğlu, Həsənov Aslan Əhməd oğlu, Huriyev Seyran Nəriman oğlu həbs olunaraq istintaqa cəlb ediliblər.
Hüquq-mühafizə orqanlıarının əməkdaşları 1969-cu il təvəllüdlü Sadıxov Həsən Gümüş oğlunu, Sadıxov Vuqar Gümüş oğlunu və Sadıxov Babəl Gümüş oğlunu saxlayaraq, ifadələrini alıb sərbəst buraxıblar.
Eyni zamanda, Sankt-Peterburq hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Bərdə rayonundan olan Salmanov Əli Lətif oğlunu da həbs ediblər. Hazırda saxlanılan şəxslərin fəaliyyəti və ətrafındakı insanlarla bağlı əməliyyat tədbirləri davam edir.